
Kollektor (Qazax və Gəncə)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Qazax və Gəncə şəhərlərində yerləşən filialı üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi; • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi; • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
• İş yeri: Qazax və Gəncə şəhəri; • Ali təhsil; • Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi; • Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi; • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı; • Etibarlı sürücülük vəsiqəsi; • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; • Müştərilərlə davranış etikası.
İş şəraiti:
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə; • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
|