
“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Maliyyə şöbəsinə baş mütəxəssis vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Peşəkar tələblər:
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması; o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması; o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi; o Iki illik iş təcrübəsinə təcrübəyə malik olması; o Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması; o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti
Vəzifə öhdəlikləri: • DSMF-na periodik hesabatların hazırlanması və təqdim olunması; • DSK-nə periodik hesabatların hazırlanması və təqdim olunması; • DVİ-nə periodik bəyannamələrin hazırlanması və təqdim olunması; • Təşkilata gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanması; • Qanunvericilikdə nəzardə tutulan müddətdə bank əməliyyatlarına dair dövlət vergilərin hesablanması və ödənilməsinə nəzarət edilməsi; • DSMF və DVİ ilə bankın hesablaşmaların tutuşdurulması işini mütəmadi aparılması; • DSMF və DVİ tərəfindən periodik yoxlamalar zamanında tələb olunan sənədlərinin təqdim edilməsi; • Bankın Mərkəzi Apparatında hüquqi şəxslərə və sahibkarlara təzə açılan bank hesablar üçün sənəd komplektlərinin yoxlanılması, hesabların rəsmi olaraq açılma qeydlərin aparılması və bank elektron bazasına daxil etməsi; • Təşkilatın səhmdarlarına imtiyazlı səhmləri üzrə dividendlərin periodik hesablanması; • Təşkilatın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan limit çərçivəsində təsdiq edilməsi; • Təşkilatın üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması; • Ehtiyac olan vaxtda şöbənin müdirinin vəzifələrini icra etmək; • Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək; • Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi; Məsuliyyətləri :
• Öz işinin nəticə və effektivliyinə; • Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə; • Təşkilatın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına; • Təşkilatın Daxili İntizam Qaydalarına riayət etmək;
Xüsusi bacarıqlar:
• Məsuliyyətli və dəqiq; • Komanda işini bilən, insanları tanımaq; • İdarəetmə qabiliyyəti; • Strateji və analitik qabiliyyət; • Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.
Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Maliyyə şöbəsinə baş mütəxəssis” başlığı ilə vakansiya@parabokt.az, vakansiya@parabank.az ünvanına CV ilə müraciət edə bilərlər.
|