Audit departamentinin baş mütəxəssisi
 
JOB TITLE: Audit departamentinin baş mütəxəssisi
EMPLOYER: Parabank ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-18 LAST UPDATED: N/A DEADLINE: 2021-03-20

Audit departamentinin baş mütəxəssisi

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi və ya hüquq təhsili;
• Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• Risklərin effektiv idarə edilməsi, maliyyə etibarlılığına və tətbiq olunan bütün direktiv və müddəalara riayət olunmasına nəzarət də daxil olmaqla, tam audit fəaliyyətini həyata keçirmək və ona nəzarət etmək;
• Daxili auditin əhatə dairəsini müəyyən etmək və illik planları hazırlamaq;
• Mühasibat sənədlərini əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;
• Auditin nəticələrini və sənədləşmə prosesini əks etdirən hesabatları hazırlamaq və təqdim etmək;
• Etibarlılığı, leqallığı və məqsədə nail olunmasını təmin etmək üçün obyektiv məsləhət mənbəyi kimi çıxış etmək;
• Boşluqları aşkar etmək və risklərin qarşısının alınması və vəsaitlərə qənaət üzrə tədbirləri tövsiyə etmək;
• Saxtakarlıq halları və vəsaitlərdən səlahiyyət olmadan istifadəni əhatə edən hər hansı hal və ya müəssisəni təhlükəyə qoyan hər hansı digər vəziyyətin tədqiqi üçün dərhal reaksiya göstərməlidir və təşkilatın daxili siyasətinin tələbi əsasında qısa hesabatlar hazırlayır;

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Audit departamentinin baş mütəxəssisi” başlığı ilə vakansiya@parabokt.az, vakansiya@parabank.az ünvanına CV ilə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP