Təminat şöbəsinin aparıcı mütəxəssisi
 
JOB TITLE: Təminat şöbəsinin aparıcı mütəxəssisi
EMPLOYER: Azerbaijan Energy Regulatory Agency DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-18 LAST UPDATED: N/A DEADLINE: 2021-03-02

Enerji Məsələlərini Tənzimləmə Agentliyi VAKANSİYA ELANI

Təminat şöbəsi – aparıcı mütəxəssis

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• təsərrüfat xərclərinin smetasının tərtibində iştirak etmək;
• təsərrüfat inventarlarının mühafizəsi və təmir olunmasına nəzarəti vaxtında həyata keçirmək;
• vacib təsərrüfat mallarının saxlanmasında, ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarətdə iştirak etmək;
• satınalma prosedurunu qanunvericiliyə uyğun həyata keçirmək;
• tədbirlərin təşkili zamanı smetanın hazırlanmasını təmin etmək;
• Agentliyin strukturuna daxil olan bölmələrdə aparılmış əmlakın və öhdəliklərin inventarizasiyasının nəticəsinə dair müqayisə cədvəli tərtib etmək, cədvəldə olan ciddi ziddiyyətli fərqlər barədə şöbə müdirinə məlumat vermək;
• əsas vəsaitlərin, material ehtiyatlarının, azqiymətli və tezköhnələn əşyaların müvafiq subhesabları üzrə hər birinin ayrı-ayrı kəmiyyət uçotunu aparmaq;
• büdcə proqnozlaşdırılması zamanı statistik göstəricilərə və yaranmış tələbata uyğun təkliflər vermək;
• büdcə ili ərzində satın alınacaq malların (işlərin, xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən satınalma planını hazırlamaq;
• şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
• alınmış və ya verilmiş (çıxdaş olmuş) əmlaka müvafiq qaydada mədaxil və məxaric qaiməsi tərtib etmək və imza üçün şöbə müdirinə vermək.

TƏLƏBLƏR:

• Ali təhsil (Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə);
• Yaş həddi 27-45 aralığı;
• İxtisası üzrə azı 5 il iş stajı;
• MS Office proqramlarını və 1C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli;
• Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
• Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 1 mart 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat – aparıcı mütəxəssis) qeyd edin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP