Parfümeriya şöbəsində satış məsləhətçisi
Namizədə tələblər
- Xoş görünüşlü xanım - İş təcrübəsi (parfümeriya sahəsində ən azı 1 il) - Ali və ya orta təhsilli - Azərbaycan və rus dillərini səlis bilməli - Məsuliyyətli, diqqətli və aktiv olmalı - Komanda daxilində işləməyi bacarmalı - Yüksək səviyyədə ünsiyyət qurmaq bacarmalı - Satış sənətinin mahiyyətini dərk edən, müştəriyə dəyər verən olmalı - Müştərini analizetmə bacarığı olub, özünü daim yeniləyən və inkişafa meyilli olmalı - Stressə davamlı olmalı
İş barədə məlumat
- Müştərilərin seçimlərində yardımçı olmalı - Müştərini dinləməyi bacarmalı, məmnun qarşılayıb satışın nəticəsindən asılı olmayaraq məmnun yola salmalı - Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməli - Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etməli və verilən tədris materiallarını öyrənməli - Karyera yüksəlişi imkanı
İş təcrübəsi
Satış sahəsində minimum 1 il təcrübə (müvafiq sahə üzrə olması arzu olunandır). Satış sahəsində karyera qurmaq istəyən təcrübəsiz gənclərin sorğularına da baxılacaq.
İş qrafiki
Həftənin 6 günü İş saatları: 09:00-19:00
Əmək haqqı + % (bonus) Əmək haqqı müsahibə vaxtı namizədə əsasən təyin olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini info@ozonaptek.az ünvanına foto ilə birlikdə göndərməkləri xahiş olunur.
|