Mətbuat katibi
 
JOB TITLE: Mətbuat katibi
EMPLOYER: Araz Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-18 LAST UPDATED: N/A DEADLINE: 2021-03-20

Araz Supermarketlər Şəbəkəsi Mətbuat katibi vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

- KİV-də şirkətin korporativ mövqeyi ilə bağlı materialların rüblük monitorinqini aparmaq, analitik informasiyalar hazırlamaq
- KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkətin korporativ mənafeinə aid dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
- Korporativ böhran kommunikasiyaları idarə etmək
- Media ilə əlaqələr, press-relizlərin hazırlanması, media monitorinqinin aparılması, mediada haqqımızda yazılan xəbərlərin operativ cavablandırılması, üst rəhbərinə hesabatların verilməsi

Tələblər:

- Ali təhsil;
- Jurnalistika və ya ictimaiyyətlə əlaqələr sahəsində 3 ildən başlayaraq iş təcrübəsi;
- KİV ilə sıx işləmə təcrübəsi;
- Səlis Azərbaycan dili (yazı və danışıq), rus dili aydın danışıq səviyyəsində, ingilis dili üstünlükdür;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Servis xidməti;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Mətbuat katibi” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP