
“Akkord Prefabrik” MMC - 15 ildən çox müddətdir ki, fəaliyyət göstərən - müxtəlif çeşidlərdə dəmir-beton məhsulları, dəmir beton konstruksiyaları və bu kimi bir çox məhsullar istehsal edən istehsalat müəssisəsidir.
Müəssisəmiz Elektrik və Avtomatika üzrə Baş usta vakansiyasını elan edir.
Vəzifə və Öhdəliklər:
• Elektrik xətləri sistemlərinin və onlarla əlaqəli olan avtomatlaşdırılmış avadanlıq, elektrik maşınları, digər elektrik aparatlarının montajı, quraşdırılması və digər avtomatika işinin təşkilini; • Elektrik avadanlıqlarına və avtomatlaşdırılmış dəzgahlara mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirməyi; • Elektrik mühərriklərinin sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiyası və müqavimətinin yoxlanmasını; • Avtomatlaşdırılmış və mexaniki dəzgahların, cihazların və digər avadanlıqların fəaliyyətinə nəzarət etməyi və nazaslıq halında dərhal müdaxilə edib, təmir etməyi; • Avadanlıqlarda, cihazlarda qaldırıcı mexanizmlərdə və digər elektrikli qurğularda göstəriş, elektrik diaqramları və çertyojları oxumağı; • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etməyi; • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasının təşkilini; • Görülən tədbirlərin və həyata keçirilən fəaliyyətin uçotu və sənədləşdirilməsi, səmərəliyin artırılması üçün təkliflərin verilməsini.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• İstehsalat, tikinti quraşdırma sahələri və bu kimi digər müəssisələrdə ən azı üç il intensiv təcrübə; • Texniki peşə təhsilin olması və müvafiq Ali təhsil üstünlükdür (uğurlu nəticə əldə olunsa qısa müddətdə elektrik mühəndisliyi kimi karyera yüksəlişi ola bilər); • Kompyuter bilikləri (internetdən sərbəst istifadə etmək və müvafiq proqramlarda işləmək); • Təhlükəsizliyə xüsusi diqqət və qənaətcil davranış (enerji istehlakını azaltmaq); • Elektrotexnikanın əsaslarını, avtomatlaşdırılmış sistemlərin, elektrik mühərriklərinin (və cihazların), sabit və dəyişən cərəyanlı generatorların iş prinsipini bilmək; • Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı; • Nizam-intizam və əmək müqaviləsi üzrə tələbləri tam məsuliyyətlə icra etmək.
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır • Əmək haqqı müsahibə əsnasında
Son müraciət tarixi: 03 mart 2021-ci il.
Uyğun namizədlərdən CV- lərini Ramil.Agayev@akkord.az ünvanına göndərmələri və e-mailin mövzu hissəsində "Elektrik və Avtomatika üzrə Baş usta “qeyd etmələri xahiş olunur.
|