
Anbar müdiri
Vəzifə öhdəliyi
- Mərkəzi və şirkətin digər layihələr üzrə anbarlarının vahid sistemlə idarə edilməsinin təşkili; - Anbardaxili əməliyyatların gündəlik uçotunun aparılması; - Daxil olan sifarişlər əsasında müvafiq sahələrə mal - materialların vaxtında çatdırılmasının təşkili; - Müəyyənləşdirilmiş günlərdə inventarizasiyanın aparılması; - Tabeçiliyində olan anbardarların işinin təşkili və idarə olunması; - Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi.
Namizədə tələblər
- 35-50 yaş həddi - Müvafiq vəzifə üzrə azı 7 illik təcrübə (tikinti sahəsində 3 il olması mütləqdir); - Tikinti materialları barədə ətraflı məlumata yiyələnmə; - İdarəedicilik, təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti; - Sərbəst Excel biliklərinə malik olmaq; - Şəxsi avtomobilin olması arzuolunandır.
İş şəraiti
- AR ƏM əsasən rəsmiləşmə; - Əmək haqqı 1200 - 1500 AZN; - Korporativ nömrə ilə təmin olunma; - İş rejimi: 6 günlük, saat 09:00-dan 18:00-dək, şənbə saat 09:00-15:00. - İş yeri: Bakı Heydər Əliyev pr 189. Gələcəkdə ünvan Abşeron ray, Məmmədli kəndinə keçiriləcək.
Digər tələblər
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-lərini hr@gmco.az elektron poçtuna mövzu yerində Anbar müdiri qeyd etməklə göndərə bilərlər.
Qeyd: Əcnəbi dildə və iki cümlədən ibarət tələbdən kənar CV nəzərə alınmayacaq.
Başqa vəzifə üçün müraciət edən namizədlər iddia etdiyi vəzifənin adını mövzu yerində qeyd etməlidir ki, CV bazasında saxlanılsın.
|