
Daxili audit üzrə mütəxəssis
İş tələbləri:
• Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək. • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək. • Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək. • Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək. • Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq. • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək. • Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.
Namizəd üçün tələblər:
• Mühasibatlıq, audit sahələrində iş təcrübəsi • Ali təhsil dərəcəsi • Mükəmməl Azərbaycan dili (yaxşı rus və ingilis dili bilikləri arzuolunandır) • Kompüter bilikləri Microsoft Office, 1C mühasibatlıq • İş ilə bağlı səyahət etmək imkanı • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və vergi qanunvericiliyi üzrə biliklər
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “Audit mütəxəssis” yazmaqla hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 26 fevral 2021-ci ildir.
|