
Daxili audit üzrə aparıcı mütəxəssis
İş tələbləri:
• Müəyyən olunmuş vaxt çərçivəsində audit yoxlamasını həyata keçirmək. • Audit meneceri və baş mütəxəssisin nəzarəti altında risk əsaslı audit proqramını təşkil etmək. • Mühüm biznes prosesləri, riskləri, müvafiq nəzarət və çatışmazlıqları müstəqil şəkildə müəyyən etmək. • Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək. • Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabata qeyd olunmalı olan məqamları aşkarlamaq. • Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək. • Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq daxili audit və eyni zamanda yoxlama aparılan biznes vahidinin rəhbərliyinə məlumat vermək, audit sahasi barədə tam və ətraflı hesabat hazırlamaq. • Təyin olunmuş işləri tələb olunan prosedurlara uyğun olaraq, yüksək səviyyədə və müvafiq • sənədləşmə qaydaları ilə tamamlanmasını təmin etmək.
Namizəd üçün tələblər:
• Mühasibatlıq, audit sahələrində 3 il iş təcrübəsi • Ali təhsil dərəcəsi • Mükəmməl Azərbaycan dili (yaxşı rus və ingilis dili bilikləri arzuolunandır) • Kompüter bilikləri Microsoft Office, 1C mühasibatlıq • İş ilə bağlı səyahət etmək imkanı • Daxili Audit İnstitutunun standartları və COSO haqda güclü biliklər • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və vergi qanunvericiliyi üzrə biliklər • Daxili Audit, Risklərin İdarə edilməsi, Dələduzluq və Daxili Nəzarət üzrə diplom və sertifikatların mövcudluğu • Kənd təsərrüfatı sahəsində biliklər
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “aparıcı audit” yazmaqla hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 26 fevral 2021-ci ildir.
|