Maliyyə və mühasibat uçotu departamentinin müdiri
 
JOB TITLE: Maliyyə və mühasibat uçotu departamentinin müdiri
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-18 LAST UPDATED: 2021-02-19 DEADLINE: 2021-03-20

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Maliyyə və mühasibat uçotu departamentinin müdiri

Vəzifə öhdəlikləri:

- Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Vergi hesabatlarının (əmlak, torpaq, ədv, mənfəət və.s) hazırlanması və təqdim edilməsini təmin edir;
- Şirkətin inkişafına yönəldilən strategiyanı dəstəkləyəcək maliyyə proqnozlarının hazırlanmasında iştirak edilməsi;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtibini təmin edir;
- Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görmək;
- İtkinin əmələ gəlmə səbəblərini və qeyri məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Anbar hesabatanın hazırlanması;
- İstehsal hesabatının hazırlanması;
- Həftəlik, aylıq satış hesabatlarının hazırlanması;
- Alış və satış qaimələrinin gündəlik 1C proqramına daxil edilməsinə nəzarət, yaranan problemlərin aradan qaldırılması.
- Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları hazırlamaq;
- Avtomatlaşdırılmış əməliyyat sisteminin (1C) təkmilləşdirilməsi proseslərində iştirak edilməsi;
- Şöbənin işinin təşkili və idarəedilməsi.

Namizədə tələblər:

- Yalnız kişi namizədlər
- Ali İqtisadi təhsilli
- Müvafiq sahə üzrə ən az 5 il rəhbər vəzifədə işləmiş;
- Təşkilati, analitik və idarə etmə bacarıqları yüksək səviyyədə;
- 1 C-8.3 versiyası əla səviyyədə bilməli;
- MS Office proqramını yaxşı səviyyədə bilmək;
- BTP, EVHF əla səviyyədə bilməli;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;

İş şərtləri:

- Həftədə 6 iş günü tam saat, 1 gün istirahət;
- AR-nın ƏM-nə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: minimum 2000-2500 AZN;
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Maliyyə və mühasibat uçotu departamentinin müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP