
“Bank Avrasiya” ASC Vəzifə: Hüquq Şöbəsinin mütəхəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
• Ali hüquqi təhsil; • Bankda hüquq sahəsi üzrə ən az 2 il iş təcrübəsi • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi; • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməsi; • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi; • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək); • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti; • MS Office proqramlarından istifadə bacarığı; • Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi; • Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; • Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq Departamentinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi; • Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi; • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
CV-ni cv@bankavrasiya.az ünvanına göndərərkən email-ın mövzu hissəsində Hüquq Şöbəsinin mütəхəssisi vəzifəsini qeyd etməyinizi xahiş olunur.
|