
İşin təsviri:
- 2 D qrafika, video animasiya və hərəkətli qrafik kompozisiyaların hazırlanması; S-osial media, TV və digər reklam vasitələri üçün hərəkətli vizualların hazırlanması; - Hərəkətli qrafika vasitəsilə məlumatların və kretiv ideyaların vizuallaşdırılması.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək; - İş günü: Həftənin 5 günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Adobe Premier, Adobe After Effects, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləmə bacarığı; - 3D proqramları ilə işləmək üstünlükdür; - Foto və video çəkilşlərin edilməsi bacarığı üstünlükdür; - Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi; - Yaş həddi: 23-35 yaş; - Dil bilikləri: Azərbaycan və Rus dillərini bilməli (İngilis dilini bilməsi arzuolunandır)
Şəxsi keyfiyyətləri:
- Daim öyrənmək və inkişaf etməyə meyilli; - Kreativ düşünən və yeniliklərə açıq; - Son dizayn trendləri ilə işləmək; - Komandada işləmək bacarığı; - Operativ, məsuliyyətli və işə planlı yanaşan; - Təmkinlilik, etibarlılıq, özünəinam.
Əlavə tələblər:
- İş təcrübəsinin reklam agentliyindən olması üstünlükdür. - Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; - Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər; - CV və Portfoliolarınızı “Motion Dizayner” başlığı ilə hr@matanata.com ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)
|