 TABELÇİ ( UÇOTÇU )
Vəzifə Öhdəlikləri
• İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək; • Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək • İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətlərini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət etmək • Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparmaq • Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
Namizədə Tələblər
• Ali təhsil • Minimum 2 il iş təcrübəsi • Excel, 1C biliyi • Dəqiqlik, təqdim etmə və ünsiyyət bacarığı • AR Əmək məcəlləsi və Əməyin Təhlükəsizliyi qaydaları biliyi • Rus dili arzu olunandır
E-mail: hr@bakuelectronics.az
|