
“Groupone” MMC şirkəti PAUL restoranlar şəbəkəsinə aşağıdakı vəzifə üzrə boş iş yeri elan edir:
Vəzifə: Aşpaz – şirniyyatçı
Vəzifə öhdəlikləri:
• Qənnadı məmulatlarına yeni resepturaları, yeni xammal növlərinə soyuq və isti emal zamanı itki və tullantı normalarının hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək. • Buraxılan qənnadı məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq. • Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək • Pəhrizli qənnadı məmulatlarının hazırlanması qaydalarına riayət etmək • İtkilərin azaldılmasını və istilik prosesi zamanı qida keyfiyyətlərinin saxlanılması qaydalarına riayət etmək. • Hazırlanan məhsulun dadının yaxşılaşdırılmasına imkan verən dad və ətirli maddələrdən istifadə etmək.
Tələblər:
• Təhsil: orta • Yaş həddi: 18-45 • İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq • Rus dilində sərbəst ünsiyyət qurmağı bacarana üstünlük verilir • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı. • Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.
Əmək şəraiti:
• Əmək haqqı: 600-800 AZN net təcrübədən asılı olaraq • Gündüz və gecə növbəsi, qrafikə uyğun • Nahar şirkət tərəfindən təmin edilir
Müraciət qaydaları: CV-nizi hr@groupone.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aşpaz – şirniyyatçı” yazıb göndərməklə müraciət edə bilərsiniz.
|