Layihə üzrə Menecer (Project Manager)
 
JOB TITLE: Layihə üzrə Menecer (Project Manager)
EMPLOYER: One Smart Star DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-19 LAST UPDATED: 2021-02-23 DEADLINE: 2021-03-21

One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yadda qalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnoloqiyadır.

Vəzifə : “Layihə üzrə Menecer (Project Manager)

Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower

İş qrafiki: I-V günlər, 09:00-18:30
Yaş: 25 - 35 yaş
Təhsil: Ali
Əmək haqqı – müsahibənin nəticəsi əsasında müəyyənləşdirilir
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vəzifə öhdəlikləri:

• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Biznes proseslərinin təkmilləşdirilməsi;
• Layihələrin idarə olunması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Dövri hesabatların hazırlanması və təhlili;
• CRM sisteminin təkmilləşdirilməsi və nəzarəti;
• Partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması;
• İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
• Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
• Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

Tələb olunan keyfiyyətlər:

• Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili arzuolunan;
• İşgüzar danışıqlarda, maliyyə və bank sahəsində azı 1 illlik təcrübə (arzuolunan)
• Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə, Marketinq və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
• Layihələrin idarə edilməsi sahəsində təcrübə (arzuolunan);
• MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
• İnformasiya Texnologiyları üzrə biliklər üstünlük hesab olunur;
• Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
• İnternet axtarış sistemlərindən sərbəst istifadə;
• Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
• Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
• Yalnız Xanım namizəd tələb olunur;

Bacarıqlar:

• Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
• Analitik yanaşma və təhlil;
• Problem həll etmə bacarıqları;
• Təqdimat bacarıqları;
• Vaxt idarəetmə bacarıqları;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Göstərilən tələblərə cavab verən xanım namizədlər Mövzu hissəsində “Layihə üzrə Menecer” yazaraq öz CV-lərinizi (foto ilə) hrbaku@onesmartstar.com e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP