Kredit meneceri ( Masallı )
 
JOB TITLE: Kredit meneceri ( Masallı )
EMPLOYER: Kredit Evi QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-19 LAST UPDATED: N/A DEADLINE: 2021-03-21

“Kredit Evi” QSC: Masallı filialı üçün: “Kredit meneceri” vakansiyası elan edir.

Kredit işçisi üçün tələblər

• Yaş həddi: 21-30 yaş
• Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
• İş təcrübəsi: Maliyyə/Kredit sahəsində minimum 2 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
• Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
• Bacarıqlar: Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
• Yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.

İşin təsviri:

• Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
• Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
• Yeni işə götürülmüş kredit işçilərinə kredit işi üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi məqsədilə təlimlərin keçirilməsi;
• Filial üzrə ümumi Kredit portfelinin yüksək keyfiyyətlə idarə edilməsi və geri ödənişlərə nəzarət edilməsi;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Masallı-Kredit meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP