Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Santral MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-19 LAST UPDATED: N/A DEADLINE: 2021-03-21

Satış meneceri

Santral mağazalar şəbəkəsi müxtəlif növ seramika, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Santral MMC" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Vəzifə və öhdəliklər:

• Mövcud müştəri bazasını qoruyub saxlamaq və yeni müştərilər cəlb etmək;
• Müştərilərlə düzgün ünsiyyət qurmağı bacarmaq, mağazada olan materiallarla bağlı düzgün məlumat vermek;
• Korporativ müştərilərlə sıx elaqə saxlamaq
• Müştəri portfoliosunun yaradılması və satış bazarında olan rəqiblər, öz sahəsinə aid olan və onların təklif etdiyi əmtəə və malların araşdırılması
• Müştərinin seçimi üçün optimal şərait yaratmaq
• Satışın həyata keçirilməsi zamanı müqavilələri və digər müvafiq sənədlərin hazırlanmasının təşkil edilməsi və buna görə məsuliyyət daşınması;

Namizədə olan tələblər:

• Mebel və seramika sahəsində 3+ il təcrübə
• Sərbəst şəkildə Azərbaycan, Rus və İngilis dillərində bilməli
• 1C, excel və word proqramlarında peşəkar səviyyədə işləmə qabiliyyəti.
• Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

Şərtlər:

• İş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin edilir
• Bonus sistemi mövcuddur

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Satış meneceri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@ffgroup.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP