
Şirkətin adı: “ AEV “ MMC Vəzifənin adı: Satış təmsilçisi Təcrübə - 1-3 il Təhsil - Ali təhsil Dil bilikləri- Azərbaycan, Rus dili Sürücülük vəsiqəsi- B Əmək haqqı: 500-1000 AZN Əmək haqqına əlavələr- Satışdan əldə edilən nəticələrə görə müəyyən edilir. Nəqliyyat vasitəsi- Şəxsi avtomobil Yaş həddi- 25-40
Tələb olunan bilik və səriştələr
• Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları. • Ticarət alətlərindən istifadə xüsusiyyətləri və prinsipləri. • Reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları. • Pərakəndə məkanın təşkili və pərakəndə məkandan səmərəli istifadə prinsipləri. • Ticarət meydançasında malların nümayişinin effektivliyini qiymətləndirmə metodları. • Təklif olunan malların əsas keyfiyyəti və istehlak xüsusiyyətləri. • Malların cari qiymətləri. • Satış sahəsindəki müştəri davranışının modelləri.
Vəzifə öhdəlikləri
• Müştərilələrlə sıx əlaqələrin yaradılmasını təmin edir, • Təyin olunmuş rut üzrə müştəriləri ziyarət edir, onların mal ehtiyaclarını müəyyən edir, əldə eytiyi mall sifarişlərinin qeydiyyatını müvafiq elektron cihazın yaddaşına daxil edir. • İşəgötürənin təmsil etdiyi malların ticarət və kredit siyasətinin həyata keçirilməsini təmin edir • Müştəri potrfelinin artırılmasında faəl iştirak edir, ərazisindəki yeni ticarət obyeklərini qeyd edir, onları ziyarət edir təmsil etdiyi malları təklif edir. • Məhsulların ən əlverişli formada yerləşdirilməsini təmin edir, merçendayzerlərin işinin təşkilinə yardım edir • Yeni çeşid malların təşviqini təmin edir. • Təyin edilmiş ərazidə gündəlik marketinq araşdırmaları aparır • İşəgötürənə gündəlik görülən işlər barədə hesabatlar təqdim edir. • Bütün alıcılarla konstruktiv əməkdaşlığı gücləndirir yüksək səviyyədə xidmət göstərir • İşəgötürənin strateji hədəflərini anlamaq, onların həyata keçirilməsini hər cür şəkildə təşviq etmək. • Bütün təlim proqramlarında fəal iştirak edir • Etik ticari qaydalara riayyət edir
Vakansiya ilə maraqlanan namizədlər CV –ni hr@aev.az elektron ünvanının mövzu bölməsində Satış təmsilçisi qeyd etməklə müraciət edə bilərlər.
|