
Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem inzibatçısı (Linux) İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı
İŞİN TƏSVİRİ:
● İT sistemlərinin daimi monitorinqi; ● Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması; ● Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması; ● Mövcud servislərin dayanaqlılığını təmin etmək; ● Bütün dəyişikliklərin sənədləşdirilməsi; ● Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası; ● İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir; ● 24/7 mövcudluğu; ● Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir; ● İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
● İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları ● CompTIA Linux+, Red Hat Certified System Administrator (RHCSA), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır. ● Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə. ● Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər - inzibatçılıq səviyyəsində; ● Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware ; ● Proxy və web server-lərlə bağlı iş təcrübəsi – Nginx, Apache və s; ● Bash Script-lə praktiki biliklər; ● Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet; ● Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi; ● Python ilə təcrübə. ● İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək. ● Sahə üzrə iş təcrübəsi ən azı 3 il
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|