
Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem inzibatçısı (Microsoft) İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı
İŞİN TƏSVİRİ:
● İT sistemlərinin daimi monitorinqi; ● Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması; ● Mövcud servislərin dayanaqlılığını təmin etmək; ● Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması; ● Bütün dəyişikliklərin sənədləşdirilməsi; ● Server avadanlıqlarının quraşdırılması; ● İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi; ● 24/7 mövcudluğu; ● Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir; ● İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
● İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları; ● MCSE: Core Infrastructure, MCSE Productivity Solutions Expert, VMware Certified Professional (VCP), sertifikatlarına sahib olması arzuolunandır; ● Microsoft, VMware, istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə. ● Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı; ● Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy; ● Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI; ● Sistem firewall ilə işləmək bacarığı; ● Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication; ● High availability sistemləri ilə iş təcrübəsi; ● Mail servisləri ilə iş təcrübəsi - Exchange server 2016/2019; ● Server update repository-lər ilə iş təcrübəsi -WSUS; ● Configuration Management tool-larla təcrübə - SCCM; ● Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible. ● İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək. ● Sahə üzrə iş təcrübəsi ən azı 3 il.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|