
“Zeytun Pharmaceuticals” MMC
Hüquqşünas
Ümumi tələblər:
• Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür); • İş təcrübəsi : 3-5 il (hüquq sahəsində) ; • AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər; • Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti • Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti • Məsuliyyət, işdə dəqiqlik
Vəzifə öhdəlikləri:
• Müqavilələrin hazırlanması; • Hüquqi sənədlərin tərtib edilməsi; • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması; • Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması; • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi; • Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi; • Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi. • Məhkəmə işlərinin aparılması
İş şəraiti:
• 5 günlük iş həftəsi • Karyera yüksəlişi imkanı • Tibbi sığorta ilə təmin olunma • Əmək haqqı: müsahibə əsasında • Nahar şirkət tərəfindən təmin olunur.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
|