Mebel İstehsalı üzrə rəhbər
 
JOB TITLE: Mebel İstehsalı üzrə rəhbər
EMPLOYER: Rifah Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-22 LAST UPDATED: N/A DEADLINE: 2021-03-13

Vəzifə: Mebel İstehsalı üzrə rəhbər

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• İstehsalat sahəsinin işin təşkili və idarə olunması;
• İstehsal olunan məhsulun yerli bazarda tanınması üzrə tədbirlərin görülməsinə rəhbərlik etmək;
• Tenderlarda iştirakı təmin etmək;
• Müəssisənin büdcəsinin təsdiqi və nəzarəti;
• Gündəlik olaraq hazır məhsulun, xammal və yarımfabrikatların hərəkətinin izlənməsi;
• Maliyyə hesabatlarının yoxlanması;
• Satış hesabatlarının satış planına uyğunluğunun yoxlanması;
• Kommersiya təkliflərinin hazırlanması;
• Müqavilələrin qəbulu, imzalanması, onların şərtlərinə uyğun işlərin aparılmasına nəzarətin təmin olunması;
• Müəssisənin əməkdaşları ilə bağlı qərarların verilməsi;
• Avadanlığın istismarı ilə bağlı qərarların verilməsi;
• İstehsal olunan məhsulun keyfiyyətinin yoxlanması;

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Ali / texniki təhsil (biznes, menecment, və s.oxşar sahələr üzrə);
• Müvafiq vəzifə üzrə 3 ildən az olmayan iş təcrübəsi, Mebel istehsalı təcrübəsi və ən azı 1 il idarəetmə təcrübəsi.
• Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş yeri: Masallı şəh.
İş qrafiki: 6 günlük
Masallı, Lənkəran və Cəlilabad şəhərlərindən olan namizədlərin müraciət olunması xahiş olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 mart 2021 tarixinədək mövzu sətirində “Mebel İstehsalı üzrə rəhbər” qeyd edərək CV-lərini hr@rifahqrup.az electron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP