
Vakansiya haqqında məlumat:
Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,İnformasiya sistemlərinin təminatı şöbəsi Vəzifə: İnformasiya sistemlərinin təminatı şöbəsinin mütəxəssisi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq İş saatları (iş rejimi): 09:00 – 18:00 Son müraciət tarixi: 28 fevral 2021
Vəzifə Öhdəlikləri:
- İnformasiya texnologiyaları siyasətinin həyata keçirilməsini təmin etmək; - İnformasiya texnologiyası infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işləri görmək; - Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini təklif etmək; - Şirkət əməkdaşlarının kompüter avadanlıqlarının, elektron poçt-kommunikasiya vasitələrinin və korporativ şəbəkənin işinin müntəzəmliyini və keyfiyyətliliyini təmin etmək; - Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardım göstərmək və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görmək; - Cisco avadanlıqlarının tənzimləmə və konfiqurasiya bacarığı (Wireless LAN Controller, Access Points, Switches and Routers) - İP telefoniya sisteminin tənzimləmə və konfiqurasiya bacarıqları; - Şirkətin serverlərini mühafizə etmək, yenidən bərpa etmək, müəyyən olunmuş əməliyyatların aparılması (Exchange mail Server, Active Directory, File-Server–ə nəzarət, MS 365 SharePointServerlə işləmək və s. - Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işini təşkil etmək; - Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlər təşkil etmək və həyata keçirmək; - Daimi istifadəçilərin texniki problemlərini nəzarət etmək və aradan qaldırmaq; - İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra etmək; - İllik lisenziyalar və lazimi yeni lisenziyaların alınması işinin təşkil etmək; - Yeni əməkdaşlar üçün kompyuter və avadanlıqların quraşdırılmasını, şəbəkədə tanınmasını icra etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi. Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta; Üstünlüklər: Şəbəkə (CCNA, CCNP), VoIP (3CX), Microsoft 365 və Powershell üzrə biliklər, sertifikatlar Texniki biliklər: Windows Server, ADDS, DNS, DHCP, NPS, Hyper-V, VLAN, OSPF/EIGRP, MPLS/VPN üzrə biliklər. Kompüter bilikləri:Microsoft Office - əla Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61 Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
|