Kiber təhlükəsizlik şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi (DevSecOps)
 
JOB TITLE: Kiber təhlükəsizlik şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi (DevSecOps)
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-22 LAST UPDATED: N/A DEADLINE: 2021-03-24

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/IT təhlükəsizlik
Vəzifə : Kiber təhlükəsizlik şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi (DevSecOps)
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Proqram Kodunun təhlükəsizliyinin analizi;
• Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi;
• Bank servislərinə aid Mənbə Kodlarının təhlilini həyata keçirmək;
• Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq və aradan qaldırılması üzrə təkliflərlə çıxış etmək;
• Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
• Security testləri sonrası boşluqların aradan qaldırılmasını təqib etmək (follow-up);
• Boşluqların idarə edilməsi (Vulnerability Management) prosesində iştirak etmək;
• Mütəmadi olaraq yeni atak vektorları, zero-day boşluqları və secure coding ilə əlaqəli araşdırmalar aparmaq və onları sınaqdan keçirmək.

Namizədin Profili

• İnformasiya təhlükəsizliyi və ya İnformasiya texnologiyaları üzrə ali təhsil;
• DevOps sahəsində bir ildən artıq iş təcrübəsi;
• Kibertəhlükəsizlik sahəsində bir ildən artıq iş təcrübəsi;
• Java, Scala dillərində proqramlaşdırma üzrə bir ildən artıq real iş təcrübəsi;
• Statik kod analizi bacarığı (Veracode və ya Fortify SAST);
• CI/CD Security, Docker Security, Kubernetes, Advanced vulnerability management üzrə biliklər;
• Web, Mobile və DevSecOps texnologiyalarına dair biliklər;
• Təməl səviyyədə Scripting bacarıqları (bash, powershell, python, nodejs və s.);
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;

Azərbaycan və İngilis dilində yazma, danışma və təqdimat bacarıqları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@unibank.az elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (DevSecOps) göstərməyiniz xahiş olunur)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP