 SABAH GROUP MMC-də Customer care specialist vəzifəsinə vakansiya:
Vəzifələr
- Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunması; - Müştərilərə edilən/müştərilərdən gələn zənglərə cavab vermək, lazımi ünvanlara istiqamətləndirmək; - Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək. - Müvafiq məlumatları toplamaq və şirkətin potensial müştəri sisteminin və xidmət sonrası əlaqə sistemlərinin müəyyən edilmiş prosedurlar çərçivəsində işlədilməsinə nəzarət etmək; - Yönləndirilən suallara dolğun və səlis cavab vermək; - Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və təzyiq altında işləmək bacarığının olması. - Mağaza daxilində faəliyyət göstərən kamerala nəzarətin edilməsi
Tələblər
- Ali təhsil; - Yüksək ünsiyyət qabiliyyəti; - Gülərüz, səbirli və mehriban olmalı; - Əla səviyyədə rus-dili biliyi; - Yaxşı səviyyədə ingilis-dili biliyi; - Telefon vasitəsilə yüksək səviyyəli ünsiyyət qurmaq qabiliyyəti və aydın başa düşülən səs; - Telefon ünsiyyətinin yüksək səviyyədə olması.
İş rejimi : Həftənin 5 günü, saat 10:00 – 19:00. Şənbə və Bazar günü istirahət günüdür. AR-ın Əmək məcəlləsinə uyğun sənədləşmə
Karyera yüksəlişi, gülərüz kollektiv
Əmək haqqı: İlkin olaraq 400 AZN, sınaq müddətindən sonra 600-700 AZN
Maraqlanan namizədlər CV-lərini recruitment@sabah-group.com e-poçt ünvanına "Customer care specialist" adı ilə göndərməlidirlər.
|