
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Vakansiyanın adı: Operator/ Operator köməkçi (Kabel sexi)
Vəzifə öhdəlikləri:
- Kabel istehsalı zamanı işlədilən avadanlıqların işləmə prinsipinə, vaxtında işə düşməsinə və dayandırılmasına nəzarət etmək; - Avadanlığın tam gücü ilə işlədiyinə əmin olmaq; - Avadanlıq işə düşmədən kabel istehsalı prosesinin həyata keçirilməsi üçün xammalın hazır olmasından əmin olmaq; - İstehsaldan sonra bütün boru xətlərinin və avadanlıqların təmizlənməsini təmin etmək; - Şirkət siyasətinə, təlimatlarına və təhlükəsizlik qaydalarına müvafiq olaraq əməl etmək; - Müvafiq qeydlərin aparılması və saxlanılmasını təmin etmək.
Tələblər:
- Kabel istehsalı üzrə 2 ildən artıq iş təcrübəsi; - Zavodda işləmə təcrübəsi olan; - Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək; - Stressə dözümlülük, dürüstlük, komandada işləmə bacarığı.
İş şəraiti:
- Təcrübə: 2-5 il - İş qrafiki: 6 günlük - Əmək haqqı: 500-800AZN - İş yeri: Binəqədi ray.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Operator/ Operator köməkçisi (Kabel)" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
|