İş yeri: Trenders Agency MMC - Rəqəmsal Marketinq üzrə mütəxəssis
Əsas tələblərimiz:
• İş təcrübəsi – 1 ildən artıq; • Rəqəmsal marketinq üzrə analitik düşüncə; • Rəqəmsal platformalar üzrə bilik və təcrübə; • Sayt kontentinin tərtibatı və kontent menecment üzrə bilik və təcrübə; • Xarici dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə – platformalarda işləyə və araşdırma edə biləcək qədər), Rus dili (arzuolunandır)
Məsuliyyətlər:
- Rəqəmsal və sosial mediya platformalarında gördüyümüz işlərin effektivliyinin ölçülməsi: Həyata keçirilmiş aksiyalarla bağlı hesabatların hazırlanması; - Ads menecerlərin strategiyasına əsasən KPI -ların ölçülməsi və aylıq reportların hazırlanması: Google Analytics, Google Search Console, Facebook Business Manager və s. analiz toollarından peşəkar istifadə edilməsi; - Sayt və sosial şəbəkələr üçün vaxtaşırı monitorinqin aparılması; - Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz edilərək hesabatların hazırlanması; - Veb saytların məzmununun (kontentinin) tərtibatı: Saytda məzmunun yenilənməsinin həyata keçirilməsi; - İşlərin effektivliyinin artırılması üçün yeni təkliflər, test və tövsiyələri müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və tətbiqi: Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü, kreativ həllərin təqdim edilməsi; - Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) işləmə bacarığı;
Şərtlər:
- 8 saat / 5 gün - 30 gün ödənişli məzuniyyət / illik - Əmək haqqı namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək.
Müraciət:
CV məlumatlarınızı hr@qalagroup.az ünvanına özünüz haqqında qısa məlumat yazaraq göndərin.
|