Sosial Media üzrə mütəxəssis
 
JOB TITLE: Sosial Media üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-10 LAST UPDATED: N/A DEADLINE: 2021-04-09

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Sosial Media üzrə mütəxəssis

Vəzifələr:

• Həftəlik/aylıq paylaşım planının hazırlanması və kontent təkliflərinin verilməsi;
• İnstagram sosial şəbəkəsinin hekayə bölməsi üçün məhsulları araşdırmaq və məhsul tanıtımı ilə bağlı videolar çəkmək;
• Hazırlanan paylaşımları plana əsasən vaxtı-vaxtında paylaşmaq;
• Rəhbərlik tərəfindən verilən tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Zəruri tələblər:

• Xoş səs tonu və aydın nitqə sahib olmalı;
• Yüksək ünsiyyət bacarığı olmalı;
• Aktiv, çevik və məsuliyyətli olmalı;
• Sosial Media Manageri kimi iş təcrübəsinin olması;
• Sosial mediada olan trendləri və yenilikləri izləmək;
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kl6fetr2

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP