.jpg)
Vakansiya: Marketinq üzrə menecer
Vəzifə öhdəlikləri:
• Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi; • Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi; • Mütəmadi olaraq bazarın izlənilməsi və yeni imkanların aşkarlanması; • Bazarın dinamikasına uyğun çevik həllərin təklif edilməsi; • Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi; • Görülmüş işlərin analizlərinin aparılması və hesabatların hazırlanması.
Tələblər:
• Bu sahədə minimum 2 il peşəkar təcrübə; • Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalı; • Kreativ marketinq layihələri üzrə təcrübəli olmalı (Portfolio arzuolunandır); • Layihə idarəetmə (Project Management) təcrübəsi mütləqdir; • Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs).
İş barədə məlumat:
• Əmək məcəlləsinə uyğun sənədləşmə • İş qrafiki: I-V günlər • Əmək haqqı: 1500-2000 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://hr.166.az/vac/detail?vacancyId=96
|