
Odontos şirkəti “ Region üzrə Satış nümayəndəsi ” vakansiyası elan edir.
Namizədə verilən tələblər :
- Təhsil - Ali - Yaş - 25-35 - Yalnız kişi namizədlər - Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir) - Xoş və səliqəli zahiri görünüş - Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı - Səbrli və nəzakətli - İşgüzar və hədəf yönlü - Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı - Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar - Kollektiv ilə işləmə bacarığı
İş barəsində məlumat :
- Aran zonası (Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz) üzrə şirkət məhsullarının satışının təşkili ; - İsmayıllı rayonunda yaşayanlara üstünlük verilir ; - Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ; - Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ; - Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi ; - Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı. - Şəxsi avtomobilinin olması vacibdir. - Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək - Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək - İş saatı - 09.00 - 18.00 (6 gün) - Benzin və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Region üzrə satış nümayəndəsi” qeyd edərək öz CV-lərini hr@odontos.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
|