Texniki servis departamentində təcrübəçi
 
JOB TITLE: Texniki servis departamentində təcrübəçi
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-10 LAST UPDATED: 2021-04-08 DEADLINE: 2021-04-10

Artıq 25 ildir ki «HALAL-P» şirkəti Poliqrafiya sahəsində fəaliyyət göstərir və 20-dən artıq dünya brendlərinin (Konica Minolta, Koenig & Bauer Sheetfed AG & Co. KG, Giesecke &Devrient, Masterwork, Orfix, FUJIFILM, Dainippon Screen, PERFECTA, Schneidemaschinenwerk GmbH, Mondi Group, RİSO, İDEAL və s.) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, ofset və rəqəmsəl mətbəələrin qurulmasinda iştirak edir və uzun illərdir bu sahədə lider mövqe tutur.

Mühəndis (Texnik) 

İş haqqında məlumat

- Avadanlıqların satışdan sonrakı, quraşdırılması, profilaktika və təmir işlərinin görülməsi;
- Daxil olan sorğular əsasında istehsalçı şirkətlərlə əlaqə saxlayaraq yaranmış problemlərin aradan qaldırılması yollarının tapılması;
- Göstərilən xidmətlərin texniki keyfiyyətinin nəzərdən keçirilməsi;
- Avadanlıqların iş prinsipində mövcud ola biləcək problemlərinin təsbit edilməsi və həlli üçün tədbir görülməsi;
- Texniki biliklərin artırılması üçün ölkə xaricində istehsalçı şirkətlər tərəfindən keçirilən təlimlərdə iştirak edilməsi.
- İş qrafiki-Həftənin bazar ertəsi-cümə günləri 09:00-18:00
- Seçilən namizədlər təcrübə zamanı həm ödənişlə təmin olunacaq, həmçinin təcrübə müddətini uğurla başa vurarlarsa işə qəbul ediləcəklər.

Tələb olunan minimum bilik, səriştə və keyfiyyətlər

- Mexanika və elektronika sahəsində orta təhsilin olması;

Üstünlük verilən meyarlar

- Öyrənmək və inkişaf etmək potensialı və istəyi;
- Şəbəkə texnologiyaları barədə məlumatlı olması
- Kompüter və Windows əməliyyat sistemi üzrə texinki biliklər

Müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu sətrində “Texniki servis departamentində təcrübəçi” qeydi edərək hr@halal.az ünvanına göndərə bilərlər.

“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP