
“A+CO” ASC şirkəti “Satınalma üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
• Müvafiq sahədə Ali təhsil; • Minimum 3 il iş təcrübəsi; • Xarici dil bilikləri: Rus dili mükəmməl, İngilis dili yaxşı səviyyədə olmalıdır ; • İrəli səviyyədə MS Office proqram bilikləri; • Yaxşı yazı və ünsiyyət, vaxtın idarə edilməsi bacarıqları; • Xarici ölkələrə ezam gedilməsinə açıq olmalı;
Vəzifə öhdəlikləri: • Sifarişlərin təşkili və idarə edilməsi; • Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi; • Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtında satınalınmasının təmin edilməsi; • Satınalama əməliyyatlarının analizinin həyata keçirilməsi: müqavilə şərtlərinin uyğunluğunun yoxlanılması, təqdim olunan malların, işlərin və xidmətlərin razılaşdırılmış şərtlərə əsasən icra olunmasının izlənilməsi. • Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görmək; • Alternativ tədarükçülərin axtarışını və tenderlərin keçirilməsini təşkil etmək; • Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi; • Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi; • İllik, aylıq satınalma datalarını analiz etmək və hesabatların rəhbərliyə təqdim olunmasını təmin emtək; • Xammal və digər malların satınalma və logistika prossesinə nəzarət etmək, aidiyyatı şöbələrlə işbirliyi aparmaq. • Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi; • Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi; • Həvalə olunmuş digər aidiyyatı işlərin düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; • Nahar Şirkət tərəfindən təmin olunur; • Əmək haqqı namizdəin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə " Satınalma üzrə mütəxəssis " yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
|