
İnsan Resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək; • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək; • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək; • E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək; • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək; • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək; • İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi.
Namizədə bağlı tələblər
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması; • İşəqəbul prosesinin əsas qaydalarını bilməli; • Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli; • MS Office proqramlarını, xüsusilə 1C proqramını yaxşı səviyyədə bilməli; • İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
İş Şəraiti:
• İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək; • Nahar şirkət tərəfindən verilir;
Maraqlanan namizədlər mövzu yerində “ İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr@icbaku.com ünvanına göndərə bilərlər.
|