
“Collezione Italia” - fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkət üçün “Satış təmsilçisi – Mətbəx mebeli” vakansiyasını elan edir.
Vəzifə barədə məlumat:
• Mətbəx mebelləri istehsalçısı olan fabriklərin məhsullarının satışının həyata keçirilməsi; • Məhsulun təqdim edilməsi və məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək; • Mövcud müştəri bazası ilə işləmək, müştərilərlə uzun müddətli iş münasibətləri yaratmaq və onu qorumaq; • Müştəriyə brend məhsulun çeşidi haqqında məlumat vermək, alıcıya məhsulun seçimində köməklik göstərmək; • Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçülərin götürülməsi; • Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək, mağazanın işgüzar nüfuzunun qorunması.
• Tələblər:
• Luks seqmentdə Mətbəx və digər mebelin satışında minimum 1-3 il iş təcrübəsi olmalı; • Dil bilgiləri: Azərbaycan, Rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti olması vacibdir. (ingilis dili biliyinin olması arzuolunandır; • Planlaşdırma, analiz və idarəetmə bacarığı; • AutoCAD proqramından istifadə etməyi bacarmalıdır.
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə; - Həftə ərzində - 6 iş günü, istirahət- 1 gün; - İş saatı: 10:00-20:00; - Əmək haqqı: 1000 AZN(namizədin bilik və bacarığına əsasən daha yüksək əməkhaqqı təklif oluna bilər).
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mətbəx mebeli”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
|