Mədən mühəndisi
 
JOB TITLE: Mədən mühəndisi
EMPLOYER: AzMiCon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-11 LAST UPDATED: N/A DEADLINE: 2021-04-10

Şirkət: “AzMiCon” MMC

Vəzifə: Mədən mühəndisi

• Dağ-mədən qazma-dəlmə mədən istehsalatı haqqında informasiya, istehsal planı, qazma-dəlmə mədən tullantıları, dizaynın optimallaşdırılması, qısa müddətli mədən planının təşkili, mədən avadanlıq təhlili, və s. kimi öhdəliklərin malik olması.Toplantıların təşkili və idarə edilməsi və ehtiyat işlərinin planlaşdırılması, dizayn və planlaşdırma funksiyalarının həyata keşirilməsi.

Vəzifə öhdəlikləri

• Bütün mədən hasilatının dağ-mədən, dəlmə-qazma, dağ, buruq, partlama və.s istehsal bazasında toplanması və idarə olunması.
• İstehsal hədəfinə nail olmaq məqsədi ilə, faktiki hesabatın hazırlanması və analiz olunması.
• Gündəlik, həftəlik və aylıq vaxt ərzində qısa mədən planlarının hazırlanması və bu planların həyata keçirilməsi üçün avadanlıq tələbatı ilə yanaşı, qazma, dəlmə və partlayış planı, dəmir filiz mədən nəzarət planının hazırlanması.
• Dağ-mədən dizayn ,dağ-mədən, geotexniki mülahizələr, daxili və xarici yolların tətbiqi, və infrastruktur məhdudiyyətləri əsasında dizaynın işlərinin görülməsi.
• Xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək);
• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Dəmir filiz mədən yataqlarının sənaye-genetik tipləri haqqında ətraflı biliklər;
• Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi;
• Zəmanət təmirinin və zəmanət vaxtınından sonra təmirin təşkil edilməsi;
• Yaranan texniki problemlərin həll edilməsi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik,

Tələblər:

∙ Ali təhsil (Mühəndislik)
∙ Azərbaycan dili əla, rus və ingilis dilləri (orta səviyyədə)
∙ Minimum 5 il təcrübə
∙ Komputer və elektronika bilgilərinə orta səviyyədə malik olması
∙ Avadanlıqla işləmək üçün əl qabiliyyəti olsun
∙ Ezamiyyət imkanı olsun
∙ Kollektivlə işləmə
∙ Yaş həddi: 25 – 45

İş şərtləri:

∙ Həftə içi 6 gün : 08:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
∙ İstirahət günləri – bazar günləri
∙ Əmək haqqı – başlanğıc 800-1200 (net) AZN

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hr@azmicon.az elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Mədən-mühəndisi” qeyd edəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP