
TuranBank ASC üzrə vakant vəzifəni Sizə təqdim edirik.
Vəzifə: Risklərin idarə edilməsi departamentinin direktoru
Namizədə olan tələblər:
• Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir; • Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi; • Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danıma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili) • Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı; • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı; • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı; • İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı; • Liderlik və işçi heyətini idarəetmə bacarığı; • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti; • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
• Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək; • Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək; • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək; • Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək; • Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək; • Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.
Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “RİED direktoru” yazmağı unutmayın.
|