Tərəfdaş şəbəkəsinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
 
JOB TITLE: Tərəfdaş şəbəkəsinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
EMPLOYER: Xalq Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-12 LAST UPDATED: N/A DEADLINE: 2021-04-11

Vəzifə: Bankın Biznesin inkişafı İdarəsinin Tərəfdaş şəbəkəsinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
• Ən azı 2 il bankda, müvafiq sahədə iş təcrübəsi;
• Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
• Microsoft Office proqramlarından istifadə bacarığı;
• Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.

İŞİN TƏSVİRİ:

• Banka yeni tərəfdaşlar cəlb olunması üçün tədbirlər görmək və onlarla əlaqələri idarə etmək;
• Tərəfdaşlarla xüsusi əməkdaşlıq şərtlərinin tətbiqinə dair danışıqların aparılması və təməkdaşlığın təşkili;
• Mövcud və yeni cəlb olnumuş müştərilərə Bankın ekvayrinq xidmətlərinin satışını həyata keçirmək;
• Bankın loyallıq proqramının icrası və inkişaf etdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;
• Potensial müştərilərlə görüşlərin və bank məhsullarının təqdimatının keçirilməsi;
• Tərəfdaş şirkətlərin əməkdaşlıq şərtlərinə əməl etməsinə dair nəzarətin həyata keçirilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP