
"Texnomart" mağazalar şəbəkəsi "Satış məsləhətçisi" (Şirvan, Qazax, Bərdə,Zaqatala,Göyçay,Şamaxı,Agcabədi,Agsu,Sədərək və Əhmədli filialları üzrə) vakansiyasını açıq elan edir.
Tələblər:
• Ali təhsil; • Azərbaycan dilini səlis bilməli; • Müvafiq sahə üzrə ən azı 2 ilə yaxın iş təcrübəsi arzu olunandır; • MS Windows, Microsoft Office (Excel, Word, Outlook) Səviyyə: yaxşı • Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı; • Satış qabiliyyəti olmalı; • Xoş xarici görünüşü olmalı.
Vəzifələr:
• Əyani test edilməsi yolu ilə məhsulun işləmə üsulunu müştəriyə nümayiş etmək; • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək; • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək; • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.
Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@srgroupco.com e-mail ünvanına subject/mövzu hissəsinə "Satış məsləhətçisi" yazıb göndərə bilərsiniz.
|