Əmək haqqının hesablanması üzrə mütəxəssis
 
JOB TITLE: Əmək haqqının hesablanması üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-12 LAST UPDATED: 2021-03-13 DEADLINE: 2021-04-11

Əmək haqqının hesablanması üzrə mütəxəssis tələb olunur.

Vəzifə və öhdəliklər:

- İşçilərin aylıq əmək haqqının hesablanması;
- Əmək haqqı əməliyyatlarının düzgün və vaxtında yerinə yetirilməsi;
- Şirkətin davamiyyət sisteminə nəzarət edilməsi və lazımi hesabatlılığın aparılması;
- Son haqq-hesab, əmək, sosial, təhsil, ödənişsiz məzuniyyətlərin və xəstəlik vərəqələrinin hesablanması;
- Şirkətin işçilərinə verilən bonus və digər mükafat ödənişlərinin hesablanması;
- Əmək haqqı üzrə tələb olunan korporativ hesabatların və digər zəruri daxili hesabatların hazırlanaraq aidiyəti üzrə təqdim edilməsi;
- Əmək haqqına dair bütün sorğuların həll edilməsi;
- Digər gündəlik əmək haqqı əməliyyatların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

- Ali təhsil;
- MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək riyazi biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yaş məhdudiyyəti yoxdur
- Şirkət hesabına nahar;

Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqının hesablanması üzrə mütəxəssis” yazaraq narecruitment2021@gmail.com e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP