Mühasib tələb olunur.
Vəzifə və öhdəliklər:
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi - DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi - E-Qaimə fakturalarının və VHF yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı - Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək - BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək - Vergi orqanları ilə yazışmaların aparılması; - Ödəniş tapşırıqlanının hazırlanması; - Vergi və audit yoxlamaları zamanı məlumatların təqdim edilməsini təşkili
Namizədə olan tələblər:
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil; - Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat) - MS Office (xüsusilə MS Excel), BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı; - AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli; - Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli - Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik; - Verilmiş tapşırığları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır. Yaş məhdudiyyəti yoxdur - Şirkət hesabına nahar verilir.
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq narecruitment2021@gmail.com e-mail ünvanına göndərmələri xahiş olunur.
|