3D qrafik dizayner
 
JOB TITLE: 3D qrafik dizayner
EMPLOYER: Bakı Abadlıq Xidməti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-12 LAST UPDATED: N/A DEADLINE: 2021-04-11

Bakı Abadlıq XidmətiASC 3D qrafik dizayner pozisiyası üzrə vakansiya elan edir.

İş barədə məlumat:

- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının 3 ölçülü dizayn işlərinin icrası;
- Hərəkətli qrafika vasitəsilə məlumatların və kretiv ideyaların vizuallaşdırılması;
- 3D animasiya videolarının hazırlanması;
- Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir. (başlanğıc olaraq 1000+ AZN)
- İş qrafiki: Bazar ertəsi - Cümə, saat 10:00-dan 19:00-dək, Şənbə günü, saat 10:00-dan 16:00-dək;

Namizədə tələblər:

- Adobe Creative Suite (CS) proqramları, xüsusilə Adobe Photoshop, CorelDraw Autocad, 3D Max ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan və rus dilləri sərbəst danışıq və yazı səviyyəsində, ingilis dili üzrə biliklər üstünlükdür;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Detallara diqqət yetirmək bacarığı və öz fikirlərinin mövcudluğu;
- Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək;
- Dizayn qabiliyyəti inkişaf etmiş, yaradıcı və təxəyyülü yüksək;
- Zaman və resursların düzgün idarə olunması bacarığı;
- Dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Dizayn trendlərindən xəbərdar olması;
- Detallara diqqətli, nizamlı olması;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd etməklə (“3D Qrafik dizayner”) öz CV forması və portfoliolarını career_azerbaijan@database.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP