
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi nəzərdə tutulmuşdur.
- İş yeri – Çinar Plaza - İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək - Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta - Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vakansiya – Maliyyə Meneceri
Vəzifə öhdəlikləri:
• Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır • Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və büdcənin icrasına nəzarət • Cəmiyyəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləhətçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir • Şirkətin siyasətinə uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir • Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir , Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil edir və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar verir; • Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil edir, şirkətin ödəmə qabiliyyətinin və likvidliyinin təmin edir • Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmamış maddi-texniki ehtiyatların əmələ gəlməsinin və ləğv edilməsinin qarşısının alınmasına, istehsalın gəlirliliyinin artırılmasına, mənfəətin artırılmasına, məhsulların (malların) istehsalı və satış maya dəyərinin azaldılmasına, maliyyə intizamının gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirir • Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlığını təmin edir • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirir • Müəssisə dirеktоrunа və üçüncü şəхslərə (dirекtоrlаr şurаsınа, invеstоrlаrа, кrеditоrlаrа) idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı
Tələblər:
• Təhsil : Ali ( Maliyyə və Biznes İdarəçiliyi) • Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il • Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə • Sertifikatlar: ACCA və CFA və əlaqədar sertifikatlar • İT üzrə biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı , BTP və Elektron hökümət portalı
Texniki Bacarıqlar:
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları • Risklərin idarə edilməsi üzrə biliklər • Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
Səriştəlik:
• Açıq fikirli,məqsədyönlü və nəticəyə meyillilik bacarığı • Problem həll etmə və əməkdaşlıq bacarıqları • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, • Analitik düşüncə və proqnoz etmə bacarığı, detallara fokuslanma • Liderlik və Təşkilatçılıq • Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə , • Yeniliklərə açıq olma, insiativ alma qabiliyyəti • Prinsip və Dəyərlərə sadiqlik • Operativlik və İcra etmək bacarığı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Maliyyə Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
|