 Dizayner
İş barəsində:
• Struktur rəhbərinin tapşırığı və verilmiş təlimatlar / informasiya əsasında dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirmək; • Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq; • Yeni layihələrinin tərtibində bilavasitə iştirak etmək və bu layihələrdə rəhbərliyin təkliflərini nəzərə almaq; • Eskizləri tərtib etmək və onları təstiq etmək üçün rəhbərliyə təqdim etmək, • Bölmə rəhbərinə dizayn sahəsi üzrə müvafiq məsləhətlər vermək və işin daha səmərəli yerinə yetirilməsi üçün təkliflər vermək; • Dizayn sahəsi üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi və bu barədə rəhbərliyin məlumatlandırılmasını həyata keçirmək.
Tələblər:
• Ali təhsil; • Dizayn proqramlarında - Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw sərbəst işləmə bacarığı (After Effects və Premiere biliyi arzuolunandır) • Azərbaycan və rus dillərini mükəmməl bilməsi (ingilis dili üstünlükdür); • Yaradıcı (kreativ) olmalı; • Ciddi, məsuliyyətli, dəqiq, daim üzərində işləməli; • Yaş həddi – 25-35 arası.
Uyğun namizədlər işə qəbul üçün şəkilli CV-ni və portfolionu hr@nurgun.az elektron poçt ünvanına mövzü yerinə “Dizayner” yazıb göndərə bilərlər.
|