Filial müdiri
 
JOB TITLE: Filial müdiri
EMPLOYER: Parabank ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-16 LAST UPDATED: N/A DEADLINE: 2021-04-15

Salyan Filialı üçün Filial müdiri axtarılır.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Bank vəya maliyy təşkilatları sektorunda azı 2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Cins: Kişi

Əsas vəzifə və öhdəliklər:

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
• Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;
• Yeni kredit vəsatış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi

Əmək haqqı 500-1000 AZN və əlavə olaraq əmək haqqının iki misli qədər motivasiya

Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq. CV-də şəkilin olması mütləqdir.

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Filial müdiri-Salyan” başlığı ilə vakansiya@parabokt.az vakansiya@parabank.az ünvanına CV ilə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP