Back end üzrə proqramçı
 
JOB TITLE: Back end üzrə proqramçı
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-16 LAST UPDATED: N/A DEADLINE: 2021-04-15

Azərbaycan Beynəlxalq Bankı Back end üzrə proqramçı vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Tətbiqi məntiqi anlamaqla yanaşı, proqram təminatlarını hazırlamaq və alqoritmlər yaratmaq;
• Proqram təminatının tətbiqi üçün hazırlanmış texniki sənədlərin tətbiq edilməsi;
• Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Conventions) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
• Yeni servis, proses və məhsulların sıfırdan yaradılması;
• Mövcud servis, proses, məhsullarla işləyərək onların funksionallıqlarında və kodlarında düzəlişlər, dəyişikliklər və ya optimallaşdırmaların həyata keçirilməsi;
• Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• 2 ildən artıq iş təcrübəsinə sahib;
• Java, PL/SQL üzrə biliklərə sahib, IBM IBUS (arzuolunandır);
• Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır: OOP prinsipləri, SOAP, JSON, REST, Web servislərinin yaradılması və inteqrasiyaların həyata keçirilməsi;
• Yüksək səviyyəli analitik bacarıqlara malik;
• Komandada işləmək bacarığına sahib;
• Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla təcrübəyə sahib (arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back end üzrə proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP