Türk Dünyası Atatürk Liseyi - Müdir müavini
Əmək haqqı – razılaşma yolu ilə Ünvan 1: Nərimanov rayonu, Əhməd Rəcəbli 33 C Ünvan 2: 28 may küç. 70. İş vaxtı: Həftənin 6 günü (dərs tabelinə uyğun) 1-5 günlər: 08:00 - 18:00 6 gün: 10:00-17:00 AR üzrə əmək məcəlləsinə uyğun rəsmiləşmə
Namizədə tələb və vəzifə öhdəliyi:
1. Təlim-tərbiyə və metodiki işləri təşkil edir; 2. Tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin fəaliyyətini istiqamətləndirir; 3. Tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır; 4. Zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir; 5. Təlim-tərbiyə prosesinin, həmçinin fakultativ və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olur; 6. Şagirdlərin meyil-maraqları əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir; 7. Liseyin şagird heyəti ilə bağlı olan sənədləşmənin icrasından cavabdehlik daşıyır; 8. Sinif jurnallarının düzgün tərtib olunmasına nəzarət edir və davamlı olaraq yoxlanılmasını həyata keçirir; 9. Şagird və müəllim heyətinin davamiyyətinə nəzarət edir; 10. Tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir; 11. İntizam şurasının icra etdiyi işlərdə yaxından iştirak edir, elmi-metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; 12. Fənn kabinetlərinin, laboratoriyaların qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir; 13. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, müəllim və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir; 14. Təlimin keyfiyyətinin yüksədilməsi üçün dərsdinləmələr təşkil edir, dərsləri nəzarətə alır, seminarlar, konfranslar təşkil edir; 15. Yeni və tələbyönümlü strategiyaların hazırlanmasında və təqdim olunmasında fəaliyyət göstərir; 16. Müəllimlərə tədris keyfiyyətinin artırılması üçün istiqamətlər verir, dəstəkləyici mühit yaradır, müəllimləri seminar, konfrans, kurs və təlimlərə cəlb edir, peşəkar inkişaf planlarının hazırlanmasında istiqamətlər verir, planların həyata keçirilməsində şərait yaradır; 17. Özünüqiymətləndirmə və keyfiyyətin ölçülməsi istiqamətində layihələr hazırlayır və həyata keçirir, metodik tövsiylər verir və əməkdaşlığın yaranması üçün müxtəlif metodik və elmi işlər aparır; 18. Pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində yaxından iştirak edir, onların təkmilləşmələrinə, ixtisasartırma üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur; 19. Valideynlərlə əlaqəər yaradır və zəruri hallarda valideynlərin maarifləndirilməsi istiqamətində işlər aparır; 20. Təlimin keyfiyyətinin yüksədilməsi və şagird nailiyyətinin artırılmasına məsuliyyət daşıyır; 21. Şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsini həyata keçirir və uçotunu aparır; 22. Qəbul imtahanlarının aparılmasına nəzarət edir, sinifdən sinfə keçid imtahanlarının aparılmasını təşkil edir, keyfiyyətə nəzarət və aylıq inzibati yazı işlərinin və ya şifahi imtahanların aparılmasını təşkil edir; 23. İmtahanların təlimata müvafiq keçirilməsini təşkil edir, təlim keyfiyyətinin idarəolunması məqsədilə vaxtaşırı monitorinqlərin eaparlmasını həyata keçirir;
E-mail: info@ataturklisesi.az
|