Emal sahəsi üzrə Baş texnoloq
 
JOB TITLE: Emal sahəsi üzrə Baş texnoloq
EMPLOYER: Azerbaijan Fish Farm DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-16 LAST UPDATED: N/A DEADLINE: 2021-04-15

Emal sahəsi üzrə Baş texnoloq

Namizədə Tələblər:

- Kimya, Biologiya, Qida mühəndisliyi sahələri üzrə ali təhsil mütləqdir
- 3-5 il bu sahədə iş təcrübəsi
- Mükəmməl Azərbaycan dili. Rus dili və İngilis dili arzuolunandır.
- Qida sənayesi və emal sahələrində təcrübə.
- Qida sənayesində qəbul olunan sanitar və gigiyenik normaları bilmək və qida təhlükəsizliyinin tələblərini tətbiq etmək.
- Heyvandarlıq məhsullarının ilkin emalı prosesini və texnologiyasını bilmək.
- Təşkilatçılıq qabiliyyəti, nəticəyə yönəlik fəaliyyət.

Vəzifə üzrə öhdəliklər:

• Balıq emalı sahəsində baş verən bütün proseslərə cavabdehlik daşımaq;
• Emal sahəsində texnoloji proseslərin və rejimlərin icra olunmasına nəzarət etmək;
• Texnoloji avadanlığın istismarı prosesini tənzimləmək;
• Sanitar və gigiyenik normaların və istehsalat standartlarına riayət olunmasına nəzarət etmək
• Balıq kürüsünün emalı və hazır məhsulun alınmasını təşkil etmək;
• Müxtəlif növ balıqların ilkin doğranması, duzlanması və hislənməyə hazır vəziyyətə gətirilməsi prosesinin təşkili;
• Yeni məhsulun yaradılması, hazırlanma texnologiyası və istehsalatda tətbiq olunma üsullarının işlənib hazırlanmasında iştirak etmək;
• Məhsulun istehsalı zamanı itkilərin azaldılması istiqamətində tədbirlər görmək;
• Keyfiyyətin yüksəldilməsi məqsədi ilə istehsal üsüllarının və vasitələrinin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi;

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ri “Emal sahəsi üzrə Baş texnoloq” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP