İngilis dili müəllimi
 
JOB TITLE: İngilis dili müəllimi
EMPLOYER: Umbrella Learning Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-16 LAST UPDATED: N/A DEADLINE: 2021-04-15

Umbrella Learning Academy İngilis dili müəllimi vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

• Müvafiq sahədə ali təhsil
• 3 ildən az olmayaraq pedaqoji staj
• İngilis dilini C2 səviyyəsində bilmək
• Beynəlxalq sertifikatlar - TKT / CELTA / DELTA (minimum TKT)

Tələb olunan bilik və bacarıqlar:

• Danışıqlar aparmaq, təşkilati və analitik bacarıqlar
• MS Office proqramlarından istifadə etmə bacarığı
• Peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
• Öyrənmək və inkişaf etmək istəyi
• Komandada işləmək və liderlik bacarığı
• Gülərüz və pozitiv olmaq

Vəzifə öhdəlikləri

• Tədris materiallarını, gündəlik dərsləri planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;
• Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil edir;
• Hər bölmənin sonunda formativ qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirir;
• Yerli təhsil laboratoriyasında sınaq imtahanlarının təşkili və tələbələrin iştirakını təmin edir;
• Hər bir tələbənin ehtiyaclarını, davranışlarını və tələblərini ayrıca öyrənir, onların hər biri üçün fərdi yanaşma müəyyən edir və bu istiqamətdə fəaliyyətini qurur;
• Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür;
• Tədris və ünsiyyətdə çətinliyi olan tələbələrə xüsusi yanaşma müəyyənləşdirir və ehtiyac yarandıqda valideynləri və ya onları əvəz edən şəxslərlə müzakirəsini təşkil edir;
• Öz fəaliyyəti ilə mərkəzin işlərinə daim töhfələr verir, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması, iş prosesinin təkmillişdirilməsi üçün maraq göstərir;
• Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim edir;
• Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim edir;
• Dərsdənkənar fəaliyyətləri və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirir (imtahanlar, tədbirlər, və s.);

Əlavə məlumatlar:

• İş yeri: Umbrella Learning Academy MMC

• Maraqlananlar info@umbrella.az elektron poçt ünvanına öz CV-sini mövzu qismində İngilis dili müəllimi vakansiyası qeyd edərək müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP