Groupone MMC şirkəti IR Menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
Vəzifəyə tələblər:
- Qanunvericiliyə əsasən işçilər haqqında şəxsi məlumat, ödəniş, müavinət, vergi məlumatı, davamiyyət, iş icrasının qiymətləndirilməsi, işlərinə yekun verilməsi və bunun səbəbləri kimi məlumatların hazırlanıb qeyd olunması, - İşçi kartlarının personal sənədlərində yenilənməsi və əmək haqqı cədvəli və digər məqsədlər üçün informasiyaların təqdim edilməsi, - Kadr qeydləri məlumatlarının tərtib edilməsi və hesabatların hazırlanması, - Vəzifə təlimatları və şirkətdaxili İR siyasətinin tərtibi, - Əmək qanunvericiliyinə əsasən işçilərin vəzifə yüksəlişi/işlərinə xitam verilməsi; şəxsi fayllar və əmək kitabçalarının idarəsi; nizam-intizam tədbirləri; məzuniyyət planlari, davamiyyətin qeydiyyatı və digər daxili işlərə aid müvafiq sənədləşmə işlərinin hazırlanması, - Hər bir yeni vakansiya üçün işçilərin cəlb olunması və müsahibə planlarının hazırlanması, - Yaranan hər bir vakansiyanın məharətlə və səmərəli doldurulması, - İxtisaslı namizədlərin tapılması üçün lazimi əlaqələrin qurulması, - Cari Əmək qanunvericiliyini mükəmməl anlamaq, - İR siyasətini davam etdirilməsi, inkişafı və həyata keçirilməsi, - İşçilərin təhsil və təlim planının hazırlanması, Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla), İngilis dili(orta) - Ali təhsil - İR sahəsində azı 3 illik təcrübə - Əmək məcəlləsi və əmək müqavilələrinin qeydiyyatı üzrə bilgi - Microsoft Office-dən istifadə bacarığı - İşi planlaşdırma və təşkil etmı bacarığı - Fərdi və kollektivdə işləmə qabiliyyəti - Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: • CV hr@groupone.az ünvanına göndərilməlidir; • Mövzu sətrində “İR Menecer ” qeyd olunmalıdır;
|